Dalamandan İngiltərənin Mançester şəhərinə gedən Jet2 hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi İngiltərə döyüş təyyarələrinin müşayiəti ilə paytaxt Londondakı Stansted hava limanına eniş edib.
7NEWS.az xəbər verir ki, Britaniyanın Jet2 hava yolu şirkəti "Twitter” hesabından verdiyi açıqlamada hadisəni təsdiqləyərək, Dalamandan Mançesterə uçan LS922 reysinin Böyük Britaniya Hava Trafik İdarəsi rəhbərliyi altında Londonun Stansted hava limanına yönləndirildiyini təsdiqləyib.
7NEWS.az








