RU
Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid edildi - VİDEO
12:40
600

Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid edildi - VİDEO

Müğənni Damla Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın məzarını ziyarət edib.

7News.Az ölkə.az-a istinadən bildirir ki, bu ziyarət zamanı çəkilən videonu müğənninin prodüseri öz "İnstagram" səhifəsində paylaşıb. İzləyicilər isə ifaçını özünü reklam etməkdə ittiham edərək tənqid ediblər.

"Heç reklam yeridir, Damla? Bir gözün kamerada, bir gözün qəbirdə. Bəsdir, ayıbdır", "Sakitcə gedib ziyarət edərdiniz, çəkiliş niyə edirsiz ki?" - deyə izləyicilər qeyd ediblər.

Lakin onu bu hərəkətinə görə alqışlayan insanlar da olub.

"Nərmini ziyarətə getmisiz, əhsən sizə", "Damla hər zaman sadə insan olub", - deyə onlar ifaçının ünvanına təşəkkür sözləri yazıblar.

 

Sözügedən videonu təqdim edirik:


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ