RU
DANX:
20:00
109

DANX: "Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib""

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə  www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.

Bu barədə 7NEWS.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib.

"Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir", - məlumatda deyilir.

Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı  www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ