Nepal və Çin sərhədində baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1000-i ötüb.
7News.Az CNN-ə istinadən xəbər verir ki, təbii fəlakətlər nəticəsində Nepalda 987, Çində isə 16 nəfər həyatını itirib.
Məlumata görə, hər iki ölkədə 4 400-dən çox insan itkin düşüb.
Hazırda ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.








