RU
16:20
660

"Dedim, narkoza girirəmsə, özümü bir az da korreksiya etdirim" - Rəqqasə Fatimə - VİDEO - FOTO

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi rəqqasə Fatimə Fətəliyeva olub.

7News.Az bildirir ki, rəqqasə ikinci dəfə əməliyyat masasına uzanmasından danışıb: 

"Mənə göz dəyib. Gözümün üstündən də "İt dirsəyi" çıxıb. Özümü tərifləmiyəcəm, amma ürəyim o qədər gözəldir ki... Ona görə də, günü-gündən cavanlaşıb, gözəlləşirəm. Bədənimdə bir az şiş var. Yenidən əməliyyata üz tutdum. Kompleksim olduğuna görə il yarım bundan qabaq özümü korreksiya etdirmişdim. Mənim boyum balacadır, Allah mənə boy verməyib.

 

Ona görə də efirdə arıq görünmək üçün getdim korreksiya etdirdim. Amma sap qaldı, getmədi. Ona görə əməliyyata 2-ci dəfə getdim. Gedəndə dedim ki, daha gedib narkoza girirəmsə, özümü bir az da korreksiya etdirim. Amma hələ ki şişəm. O da getsə, olacam arıq qız. Əməliyyat 3 saat çəkdi. Mən day heç vaxt etdirməyəcəm. Bu dəfə çox əziyyət çəkdim. İmunnitet düşüb. Çox zəifəm. Özümə gələ bilmirəm".

7News.Az 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ