Dünyanı cənginə alan koronavirus infeksiyası cavan, qoca bilmədən can almaqda davam edir.
İndi onun "hədəf"ində daha çox insanlara şəfa verən həkimlərdir. O, həkimlər ki, gecə- gündüz demədən çalışaraq, bu infeksiyaya yoluxan xəstələrə sağlamlıq bəxş etmək üçün mübarizə aparırlar.
koronavirusun növbəti qurbanı, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Mətanət Rüstəmova olub.
Belə ki, 47 yaşlı həkim bir müddət öncə bu infeksiyaya yoluxaraq, müalicə alsa da , ötən gün gecə saatlarında vəziyyəti qəfil pisləşib. Mətanət Rüstəmova elə müalicə aldığı xəstəxanada da vəfat edib./big
Məlumatı xəstəxanadan saytımıza təsdiq ediblər.
7News.Az








