RU
DƏHŞƏTLİ QƏZA: Lüks avtomobili ilə iki nəfəri vurub qaçdı - ANBAAN VİDEO
17:40
3882

DƏHŞƏTLİ QƏZA: Lüks avtomobili ilə iki nəfəri vurub qaçdı - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində dəhşətli qəza baş verib. İçində iki nəfərin olduğu avtomobil iki xarici vətəndaşı vurub.

Həmin anın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

 

Yüksək sürətlə hərəkət edən avtomobil qırmızı işıqda dayanmadan yan yoldan çıxan avtomobilə dəyməmək üçün manevr edib və həmin an mağazadan çıxan 23 yaşlı suriyalı Əbdürrəhman Kermətlini və 25 yaşlı Mahmud Cunadini vurub.

Mahmud Cunadi avtomobil ilə divar arasında sıxışıb qalıb. Ətrafdakı insanlar onu xilas etməyə çalışarkən avtomobildəki iki nəfər "aradan çıxıb".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ