Dekabrda bu serialları izləyin - BBC Beren Saatı seçdi

Dekabrda bu serialları izləyin - BBC Beren Saatı seçdi

BBC-nin dekabr ayında izləniləcək seriallarla bağlı hazırladığı siyahıda "Netfliks”in ikinci türk istehsalı olan "Atiyə” də yer alıb. 

 
 

7News.Az xəbər verir ki, Beren Saat, Metin Akdülger və Mehmet Günsurun baş rollarını paylaşdığı serial 8 bölümdən ibarətdir və 27 dekabrda "Netfliks”də yayınlanacaq.  

Ailəsi ilə birlikdə İstanbulda yaşayan "Atiye” Urfanın Göbəklitəpə adlı tarixi bölgəsində qazıntı işləri apararkən, həyatı dəyişir. 

Yazar Şengül Boyaşın "Qara qələm” və "Dünyanın oyanışı” adlı romanları əsasında çəkilən serialın rejissorları Jason George və Nuran Evren Şitdir. 

BBC tərəfindən hazırlanan siyahıda yer alan digər seriallar bunlardır:

"A Christmas Carol”, 

"The Marvellous Mrs. Maisel”, 

"Wisting”, 

"The Witcher” , 

"Truth Be Bold”, 

"Vikings”, 

"The Confession Killer,” 

"The Trial of Cristine Keeler”, 

"The Valhalla Murders”.

7News.Az

Xəbər lenti