RU
Dəməşqdə 3 terror aktının qarşısı alındı
20:40
639

Dəməşqdə 3 terror aktının qarşısı alındı

Suriyanın xüsusi xidmət orqanları Dəməşqdə üç terror hücumunun qarşısını alıb.

Bu barədə Suriyanın dövlət informasiya agentliyi SANA səlahiyyətli orqanlardakı mənbələrə istinadən məlumat verib.

 

"Şamda partlayıcı kəmər ilə planlaşdırılan terror hücumunun qarşısı alındı. Üç terrorçu tutuldu və daha üçünün saxlanılması üçün hazırlıq gedir”,- deyə agentlik bildirib.

Mənbənin verdiyi məlumata görə, terror hücumunun qarşısı alınması diqqətli vətəndaşların köməyi ilə əməliyyat tədbirləri sayəsində mümkün olub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ