Keçmiş model Deniz Akkayanın polis tərəfindən saxlanıldığı bildirilir.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Akkayanın yaşadığı evdə tez-tez gərginlik yaratması olub.
Məlumata görə, o, ötən axşam evdə dostu ilə mübahisə edib. Mübahisənin böyüməsindən sonra Akkayanın dostuna hücum etdiyi və evi dağıtdığı bildirilib.
Hadisə ilə bağlı polisə məlumat verilib, hüquq-mühafizə orqanlarının əməkdaşları Deniz Akkayanı saxlayıb.








