RU
Deputatdan sillə kimi sözlər:
13:48
279

Deputatdan sillə kimi sözlər: "SƏN AXI KİMSƏN?"

 Ukraynanın daşı üstdə daş qalmayıb. Kiyevdən ruh qoxusu gəlir. Amma NATO-ya İsveçi üzv qəbul edirsiz. Türkiyə kimi nəhəng kənarda qalıb, amma Aİ-də Fransa kimi provokatorlar at oynadır. "Narıncı” və "Qızılgül” adlandırdığınız inqilablarla nə qədər dövlətin məhvinə bais oldunuz, amma yenə utanmadan təhlükəsizlikdən, ümumbəşəri dəyərlərdən, beynəlxalq hüququn ana prinsiplərindən danışırsız.

Addım atdığınız hər yerdə qan ləkələri var, cənablar! Barmaq və əl qoyduğunuz hər məkanda söz əvəzinə silahlar danışır, cənablar! Və bir tək siz deyilsiniz. Saman altdan su yeridənlərin boylandığı çəpərlər yetərincə genişlənib. Güclünü, qalibi, millini, müstəqili kimsə həzm edə bilmir. İcra başçısına qarşı terror etmək istəyən bir yandan, din adı altında daxilimizə sızmağa çalışanlar başqa yandan, içimizdəki balta sapları o biri yandan...Hansı ilə uğraşasan?! Hansı birinə çatasan...?

***

Nəhayət. Qayıdıram əvvələ:

"5 aprel paktı” nəyə hesablanıb?

1) Cənubi Qafqazdakı nüfuz savaşında Qərbin bir addım daha önə çıxmağına və Ermənistanı Rusiyanın əlindən tamamən qoparmağa.

2) Missiya adı (qiyafəsi) ilə sərhədə silahlı qüvvələr yeritməyə, bölgədə yeni müharibə xofunun yaranmasına.

3) Ən azından Rusiya-Ukrayna savaşı bitənə qədər mövcud "status-kvo”nu saxlamağa və sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasını maksimum əngəlləməyə.

4) Diplomatik, siyasi, hərbi ziddiyyətlərin davam etməsi fonunda həmin ziddiyyətlərdən (durumdan) mümkün qədər bəhrələnməyə, öz təsir imkanlarını genişləndirməyə.

5) Bölgəyə "ezam” elədikləri casuslarla, emissarlarla daha yaxın koordinasiyada olmağa.
 
***
Və sonda bir məqama toxunum: Bunlar ayın tarixini çox uğursuz seçiblər.

Məsələn, aprelin 5-i əvəzinə 1-i olsaydı, o zaman deyərdim hə, haradasa uyğunluq, həmahənglik var.

Görüşərdilər, danışardılar, günün mahiyyətinə uyğun bir-birini aldadardılar, lağlağı edərdilər, həmişəki gülməli vəziyyətlərini "1 aprel” faktoru ilə sığortalayaydılar....

Yoxsa, əlində "demokl qılıncı” tut, hər yerdə müharibə təşviq elə, 3 gün əvvəl Qəzzadakı mülki əhalinin qida ilə təmin olunmasına dair sənədə veto qoy, Makron kimi avantüristdən masabəyi, Paşinyan kimi hərdəmxəyaldan tərəfdaş düzəlt, baş kəsənləri müdafiə, sülh istəyənləri məzəmmət et və... sonra da "qırmızı-qırmızı” denən ki, təhlükəsizlikdən cavabdehəm...

Nəsə düz gəlmir.

Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ