RU
Deputatlığa namizəd Fərid Şahbazlı 11 kənddə seçicilərlə görüşüb
17:23
393

Deputatlığa namizəd Fərid Şahbazlı 11 kənddə seçicilərlə görüşüb

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizəd növbəti dəfə Lerikin 11-Pirasora, Bibiyani, Vizəzəmin, Hıramo, Bilnə, Mistan, Qosmalian, Şingədülan, Laman, Əliabad, Nücü kəndlərində seçicilərlə görüşüb. Keçirilən görüşlərdə adıçəkilən kəndləri və ümumilikdə Lerik rayonu narahat edən problemlər müzakirı olunub.

Deputatlığa namizədin Seçki Qərargahından daxil olan məlumata görə, seçicilər əsasən yol, qaz, su, işıq,təhsil ,səhiyyə bağlı qarşılaşdıqları problemləri gündəmə gətiriblər. Fərid Şahbazlı qeyd edib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar siyasəti aparılır. Namizəd vurğulayıb ki, Prezident İlham Əliyevin çağırışına əsasən, gənclər seçkilərdə aktiv iştirak edirlər.

Fərid Şahbazlı bildirib ki, ölkəmizdə aparılan islahatlar siyasəti Lerikdə də özünü göstərməlidir və bu rayonda təcili həllini gözləyən ciddi problemlər mövcuddur.

Namizəd diqqətə çatdırıb ki, Leriki Milli Məclisdə ən nümunəvi və çalışqan millət vəkili təmsil etməlidir.

Seçicilər gənc namizəd Fərid Şahbazlıya dəstəklərini ifadə ediblər və seçkilərdə layiqli namizəd olaraq ona səs verəcəklərini bildiriblər.

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ