RU
Mərakeşdə miqrantlar sərhəd-keçid məntəqəsinə hücum etdilər
12:20
25

Mərakeşdə miqrantlar sərhəd-keçid məntəqəsinə hücum etdilər

Mərakeşdə təhlükəsizlik qüvvələri İspaniyanın Afrikadakı muxtar şəhəri Melilyaya qanunsuz keçməyə cəhd edən miqrantları qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə "Hespress" portalı məlumat yayıb.

Bildirilib ki, onlarla gənc mərakeşli (əsasən yetkinlik yaşına çatmayanlar) Melilyaya keçmək üçün "Beni-Ansar" sərhəd-keçid məntəqəsinə hücum ediblər.

Onlar asayiş keşikçilərinə daş atıblar və nəticədə polis əməkdaşları ilə miqrantlar arasında qarşıdurma yaranıb. Asayişin bərpası və insidenti nəzarətə götürmək üçün polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

Yerli hakimiyyət orqanları "Beni-Ansar" sərhəd-keçid məntəqəsi ətrafında polis qüvvələrini gücləndirib.

Hazırda sərhəd-keçid məntəqəsi yaxınlığında vəziyyət gərgin olaraq qalır, təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ