Qeyd edek ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb. Həmçinin Arif Quliyev, Nofel Şahlaroğlu, Qurban Məsimov və Teymur Məmmədov da sözügedən filmdə çəkiliblər.
Azərbaycan filmi olan "Milyonluq Quş"un oktyabr ayının 3-ü Nizami kinoteatrında qala gecəsi baş tutacaq. Oktyabrın 4-ündən isə filmsevərlərin ixtiyarına veriləcək./trend
7News.Az












