RU
16:10
420

"Dildə yox, əməldə müəllimim olsaydı..."- Əməkdar artistdən müəllimi Mələkxanıma

Əməkdar artist Nigar Şabanova ATV-də yayımlanan "Gündən-günə" verilişinin qonağı olub. 

7News.Az baku.ws-ə istinadən xəbər verir ki, müğənni bir müddət əvvəl əməkdar artist fəxri adına layiq görüldüyünü, amma universitetdə ona dərs deyən xalq artisti Mələkxanım Əyyubovanın onu təbrik etməməsini dilə gətirib:

"İncik düşmüşdüm, amma indi bir önəm daşımır. Dildə yox, əməldə müəllimim olsaydı, birinci növbədə sevinməli idi". 

29 yaşlı əməkdar artist daha sonra bunları əlavə edib:

"Vallah, ondan bir muğam da öyrənməmişəm. Mən Qəzənfər Abbasovun əziyyətini necə itirim. Universitetdir, Allah canını sağ eləsin, qiymətlərimi yazıb, minnətdaram".

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ