RU
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
17:10
21

DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıtda məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra şagirdlərin zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, yayılan səs yazısı ilə bağlı araşdırma aparılıb.

Araşdırma nəticəsində səs yazısında səsləndirilən iddiaların təsdiqini tapmadığı müəyyən edilib.

DİN vətəndaşlara müraciət edərək mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymamağa çağırıb.

Xüsusilə uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı bu cür məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaradılmaması xahiş olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ