RU
Saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistanda daha bir tələb
17:30
24

Saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistanda daha bir tələb

Ermənistan İstintaq Komitəsi başladılan cinayət işi çərçivəsində Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində qətimkan tədbiri kimi həbs edilməsi barədə məhkəməyə vəsatət təqdim edib.

7News.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.

Xatırladaq ki, Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ