RU
DİQQƏT: Bəzi insanlar buna görə koronavirusu ağır keçirir
15:40
426

DİQQƏT: Bəzi insanlar buna görə koronavirusu ağır keçirir

Bütün dünyada sürətlə yayılan COVID-19 infeksiyası ilə bağlı yeni araşdırma aparılıb.

ABŞ-ın qabaqcıl təhsil müəssisələrindən biri olan Yale Universitetində aparılan araşdırmada bəzi insanların bir neçə neçə həftə, ay xəstəlikdən sağalmadıqlarının səbəbi müəyyənləşdirilib. Xəstəliyə qalib gələ bilməyən insanların qanında "avto-antikor" dəyərlərinin daha yüksək olduğu məlum olub.


Avto-antikorların orqanizmin COVID-19-a qarşı antikor yaratmasına mane olduğunu bildirən mütəxəssislər insanların buna görə koronavirusu ağır formada keçirdiklərini qeyd ediblər.

Ümumilikdə koronavirusa yoluxan 194 tibb işçisi və 30 səhiyyə ocağında araşdırma aparılıb./Redaktor.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ