RU
DİQQƏT! Bu axşam Bakıda internet problemi olacaq
18:08
437

DİQQƏT! Bu axşam Bakıda internet problemi olacaq

Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

7News.Az-ın məlumatına görə, şirkətdən "APA-Economics"ə verilən məlumatda bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ