Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlı haqqında yeni məlumatlar üzə çıxıb. 

7News.Az xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn yeniyetmə güləş üzrə Azərbaycan çempionu imiş. 

Efirdə üzü göstərilməyən Arif sərbəst güləş üzrə I yer tutduğunu söyləyib.

Verilişdə Arifin hansı səbəbdən döyülüb təhqir edilməsinin də səbəbləri açıqlanıb.