İnanın, bəlkə də 50 dəfə belə fürsət yarandı, amma nəsə deməyə utandım. Hətta bu yaxınlarda Çavuşoğlu Bakıya təşrif buyurdu, yenə görüşdük və çox səmimi görüşdük. Fəqət yenə cəhd eləmədim. Əvvəla, düşündüm, mən də deputatam, o da. Nə qədər düz çıxar, belə şey demək? İkincisi də, etiket qaydaları deyilən bir şey var və övladımın xahişi olsa belə, həmin qaydalara riayət etmək zorundayam. Baxmayaraq ki, Mövlud bəy sözün gerçək anlamında qiymətlilərin qiymətlisidir, dəyərlilərin dəyərlisidir, əsl Azərbaycan sevdalısıdır, bizi içdən, səmimi sevən biridir, başımızın tacıdır və onunla şəkil çəkdirmək mənim üçün yalnız və yalnız şərəf olar!
Demək istədiyim nədir? - Yəni, biz bəzən ən doğmalarla, ən çox sevdiklərimizlə, Azərbaycana görə canından keçməyə hazır olan fədakar insanlarla belə şəkil çəkdirməyə abır edirik. Amma bu ölkənin suyunu içən, çörəyini yeyən oğlanlar var ki, Şvabe kimi düşmənlə qucaqlaşıb, qol- boyun olub şəkil çəkdirməkdən utanmırlar! Üstəlik, paralel fonda bir məqamı, bir gerçəkliyi unudurlar ki, beləsi ilə bərabər poz vermək təxminən evinə erməni gəlin gətirmək kimi bir şeydir. Hakimiyyəti deyil, birbaşa dövləti vurmaqdır. Düşmən dəyirmanına su tökməkdir. İlk öncə özünü aşağılamaq, öz mənəvi tərzini, öz kasad düşüncəni, öz anti-milli ruhunu göstərməkdir.
***
Dövlətimə qurban olum.
Nə yaxşı ki, Azərbaycan belələrinin ixtiyarında deyil.
Nə yaxşı ki, Azərbaycan sapı özümüzdən olan (küt) baltaların, şvabeləşmiş rəzillərin, xaricdən gələn bircə mesajla "mitinq anonsu” verən buqələmunların sərəncamında deyil...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.








