RU
“Ecegen Med Klinika” tibb təhsili olmayan masajçını “fizioterapevt” kimi işlədirmiş - Cərimə kəsildi
15:59
57

“Ecegen Med Klinika” tibb təhsili olmayan masajçını “fizioterapevt” kimi işlədirmiş - Cərimə kəsildi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "VEANAS” MMC-yə məxsus "Ecegen Med Klinika”da planlı yoxlama aparıb.

Qaynarinfo xəbər verir ki, yoxlama zamanı klinikada qanun pozuntusu aşkarlanıb. Bununla bağlı "Ecegen Med Klinika” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib. Həmin maddə sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmamasını nəzərdə tutur.

Yoxlama zamanı klinikada çalışan E.R. adlı masajçının müvafiq sertifikatı, ali və ya orta ixtisas tibb təhsili olmadığı halda, əmək müqaviləsi əsasında "fizioterapevt” kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Ecegen Med Klinika” İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinib və 6000 manat cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "VEANAS” MMC-nin qanuni təmsilçisi Əhmədov Faxrəddin Mehdi oğludur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ