RU
Efiopiya HHQ Tiqraya aviazərbələr endirib, ölənlər və yaralananlar var
21:40
576

Efiopiya HHQ Tiqraya aviazərbələr endirib, ölənlər və yaralananlar var

Efiopiya Hərbi Hava Qüvvələrinin Tiqray əyalətinin paytaxtı Mekeledəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb.

7NEWS.Az bu barədə TASS-a istinadən xəbər verir.

Efiopiya federal hakimiyyət orqanları Mekeledəki hədəflərə hava zərbəsi endirdiyini təsdiqləyib.

Hökumət qüvvələrinin aviazərbəsi nəticəsində "Mesfin Industrial Engineering”in sənaye kompleksinin bir hissəsi məhv edilib.

Qeyd edək ki, oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ