100-dən çox əfqan əsgəri olan təyyarələr Tacikistanın cənubundakı Boxtar şəhərinin hava limanına enib.
7News.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayaıb.
"SOS siqnalını aldıqdan sonra beynəlxalq öhdəliklərə uyğun olaraq Tacikistan Əfqanıstan təyyarələrini Boxtar şəhərinin hava limanına enməsinə icazə verib", - deyə XİN-dən bildirilib.
Əfqanıstan Hərbi Hava Qüvvələrinin 100-dən çox hərbçisinin olduğu 3 təyyarə Bazar ertəsi gecəsi Boxtar hava limanına enib.








