RU
Əfqanıstan Prezidentinin qaçışı ilə bağlı ŞOK DETAL: helikopterdə nələr olub...
18:10
470

Əfqanıstan Prezidentinin qaçışı ilə bağlı ŞOK DETAL: helikopterdə nələr olub...

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəsini pul dolu helikopterlə tərk edib.

Bu barədə TASS-a Rusiyanın Kabildəki səfirliyindən məlumat verilib.

"Rejimin çöküşünün səbəbləri Qaninin ölkədən necə qaçması ilə xarakterizə olunur. Dörd maşın pulla dolduruldu, pulun bir hissəsini helikopterə doldurmağa çalışdılar. Yer çatmadığından pulun bir hissəsi hava limanında qaldı", - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, Əşrəf Qaninin hazırda Omanda olduğu bildirilir. Sözügedən ölkənin ona siyasi sığınacaq verəcəyi qeyd edilir.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ