RU
Əfqanıstanda ən azı 26 nəfər soyuqdan ölüb
11:35
49

Əfqanıstanda ən azı 26 nəfər soyuqdan ölüb


7NEWS.az xəbər verir ki, Əfqanıstanda kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün ən azı 26 nəfərin öldüyü bildirilib. Temperaturun mənfi 20 dərəcəyə endiyi Əfqanıstanda azı 4 min iribuynuzlu heyvanın tələf olduğu bildirilir. Herat Bölgə Xəstəxanasından verilən açıqlamada, Heratda hipotermiya nəticəsində ən azı 70 nəfərin xəstəxanaya yerləşdirildiyi, 4 nəfərin öldüyü bildirilib. Badgisdə azı 5, Xost vilayətində 7, Faryabda isə 2 nəfər hipotermiyadan ölüb. Səlahiyyətlilərin açıqlamasına görə, Sar-e-Pulda 1 nəfər, Bağlan vilayətində 5 nəfər, Cevzcanda isə 2 bank işçisi hipotermiyadan ölüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ