1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlu ilə bağlı BƏƏ-yə qədər gedib axtarışlar aparan Xoşqədəm Hidayətqızı təhdid olunur.
7News.Az xəbər verir ki, bu barədə Xoşqədəm aparıcısı olduğu "Səni axtarıram" proqramında məlumat verib.
"Bu məsələyə görə, başım dərddəir. Mənə hədə-qorxu gəlirlər. Mənim başıma bir iş gəlsə... Əslində, özüm üçün qorxmuram. Qorxsaydım, buradan açıq-açıq danışmazdım. İki körpə balam var, mən onlar üçün qorxuram. Onlarsız yaşaya bilmərəm. Buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm. Mənim həyatım təhlükədədir. Əgər başıma bir iş gəlsə, bu insanlardan bilin".








