7News.az-ın "ASAN xidmət"in mətbuat xidmətindən əldə etdiyi məlumata görə, xidmətin səlahiyyətləri artırılır. Bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı "ASAN Wi-Fi" sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.
"ASAN Wi-Fi" layihəsi 2016-cı il 10 avqust tarixində Qəbələ regional "ASAN xidmət" mərkəzinin açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevə təqdim olunub. 2016-cı ilin oktyabr ayından etibarən "ASAN Wi-Fi" sistemi pilot layihə olaraq 1 və 3 saylı "ASAN xidmət" mərkəzində fəaliyyətə başlayıb. Tezliklə digər "ASAN xidmət" mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan verir.//big
7News.az








