RU
Çəkildikləri serialdan sonra sevgili oldular - Fotolar
12:50
238

Çəkildikləri serialdan sonra sevgili oldular - Fotolar

Türkiyənin "Gizli saklı” serialında iki sevgili obrazını canlandıran aktyor Halit Özgür Sarı və aktrisa Sinem Ünsal real həyatda da eşq yaşamağa başlayıblar.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Mucize doktor” və "Kadın” serialındakı obrazları ilə tanınan 29 yaşlı Sinem Ünsal 28 yaşlı həmkarı Halit Özgür Sarı ilə birlikdə ilk dəfə Nişantaşıda əl-ələ görüntülənib.

 

Onlar münasibətlərini gizli saxlamağa çalışdıqları üçün serial final edən kimi Belqrada gediblər. Tətildən yeni qayıdan cütlük utancaq davranışları ilə diqqət çəkib. İkili onlara ünvanlanan sualları cavabsız qoyub.

Xatırladaq ki, Sinem Ünsal 4 il birlikdə yaşadığı həmkarı Kıvanç Kılınçla ötən ay ayrılıb.

 

 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ