7News.az xəbər verir ki, əkiz bacılar artıq tanınmış prodüsserlə işləməmək qərarına gəldiklərini açıqlayıblar:
"Tolikin də işləri var, bizim də işlərimiz var. Biz düşünürük ki, ulduz prodüsserlə işləmək çətindir. Ona görə də bərabər ayrılıq qərarı verdik Toliklə. Bundan sonra da tanınmış prodüsserlə işləmək fikrimiz yoxdur. Bir dənə tanınmış prodüsser Tolik idi, onunla da çalışdıq. Başqa tanınmış prodüsser yoxdur. Bir Vaqif Gərayzadədir, o da kifayət qədər ulduz yetişdirib. O da inanmırıq ki, bizimlə işləsin”.
Həmçinin bacılar bayram ərəfəsində küsülü olduqları tanınmışlarla barışacaqları xəbərlərinə də aydınlıq gətiriblər: "Xeyr, biz küsülü olduğumuz insanlarla barışmayacağıq. Sadəcə biz fikirləşdik ki, bu gündən sonra heç kimlə küsülü qalmayacağıq. Aparıcısı olduğumuz veriliş də anamızın verilişi deyil. Bu gündən küsülü olduğumuz həmkarlarımızı da efirimizə qonaq edəcəyik. Ad çəkmək istəməzdik, sadəcə adi bir hərəkətdən dərhal inciyirlər, küsürlər. Bu yaxında Sevda Yahyayeva deyir ki, niyə mən səhnəyə gələndə gülmürsünüz? Biz ona səbəbini açıqlayandan sonra görmüşük ki, o da bizim fikirlərimizə şərik olub, anlayış göstərib”. "Deyirlər ki, Sevil- Sevinc bacıları televiziyada veriliş aparandan sonra ulduz olublar?” sualı isə onları özündən çıxarıb: "Ulduzuq da. İnsan xasiyyət olaraq dəyişir təbii ki. Siz də deyə bilməzsiniz ki, 3 il bundan qabaq necə fikirdə, xasiyyətdə idinizsə, indi də elə fikirdəsiniz. Amma bu, ulduzluq demək deyil. Siz bizim 3 il bundan öncəki müsahibələrimizi oxusanız görərsiniz ki, insan necə dəyişir. Buna ulduzluq demək olmaz. Bu, yaşın təcrübəsidir”. //baku.ws
7News.az


Rövşən Əsədov








