RU
Eks-prezidentin yubileyində COVID-ə yoluxdular
12:50
729

Eks-prezidentin yubileyində COVID-ə yoluxdular

Barak Obamanın doğum günündən sonra ən azı 74 nəfər koronavirusa yoluxub.

7News.Az "Daily Mail"ə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti 60 yaşını Massaçusets ştatındakı Martavey Yard adasında qeyd edib.

Yubileyə təxminən 400 adam dəvət olunub.

Mərasimdən sonra ən azı 74 nəfərin COVID-ə yoluxduğu aşkarlanıb.

Obamanın ad günündə çəkilən video qonaqlardan heç birinin maska ​​taxmadığını və sosial məsafə saxlamadığını sübut edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ