El Çaponun həyat yoldaşı həbsdən çıxdıqdan sonra sosial media simasına çevrilib
7News.az xəbər verir ki, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə bağlı cinayətlərə görə məhkum edilmiş El Çaponun həyat yoldaşı Emma Koronel 2023-cü ildə azadlığa çıxdıqdan sonra modellik fəaliyyəti və sosial media paylaşımları ilə yenidən diqqət mərkəzinə düşüb. Koronelin "Instagram" hesabındakı izləyicilərin sayı təxminən 600 minə çatıb.