Bu yaxınlarda ailəsi ilə birlikdə Nyu-Yorka köçən azərbaycanlı müğənni Elariz Məmmədoğlu restoranda iş tapıb.
Sənətçi bu barədə özü instaqramda məlumat verib. O bildirib ki, bundan sonra fəaliyyətini Nyu-Yorkda əslən yəhudi olan azərbaycanlıların "Kavkazkiy Dvorik” restoranında davam etdirəcək.
Elariz Məmmədoğlu onu da əlavə edib ki, Amerikada həmyerliləri ilə birlikdə restoranda müğənni kimi çalışmaqdan məmnundur.
7News.Az








