RU
Ələkbər söhbətə çağırdığı Aqşinlə görüşdü, görün nə dedi - VİDEO
13:11
698

Ələkbər söhbətə çağırdığı Aqşinlə görüşdü, görün nə dedi - VİDEO

Meyxanaçı Ələkbər Yasamallı ilə Aqşin Fateh arasında qalmaqal bitib.
 
Meyxanaçılar barışıb. Onlar birlikdə videolarını paylaşıblar.
 
Ələkbər həmkarı haqda dediklərini belə izah edib: "Biz çalışmışıq ki, həmişə meyxana ilə sözümüzü deyək. Allah şeytana lənət eləsin. Aramızda nə olursa kişiyik, məhkəməyə gedib çıxan deyilik. Ortaq dostlarımız yığıb, bizə yaraşdırmır. Videoma baxanda narahat oldum. Elə şeylər var ki, üz-üzə danışa bilərik. Sənin uğuruna sevinməyən insanlar paxıldırlar. O şöhrəti mən illər əvvəl yaşamışam".
 
Aqşin isə Ələkbərin sözlərinə belə əlavə edib. "Biz axı özümüzü-sözümüzü bilən adamlarıq. O biri şou adamları kimi deyilik ki, bir-birimizin arxasınca danışaq. Sözün oldu, yığ mənə de. Mən sənin ünvanına girib söz demişəmsə halal et. Mən də halal edirəm"
 
Qeyd edək ki, iki meyxanaçı bir müddət əvvəl sosial media hesablarında bir-birlərinin ünvanına sərt şəkildə tənqid etmişdilər./AZXEBER
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ