Radikal siyasi düşərgə, xüsusilə də AXCP sədri Əli Kərimli hazırda bütün gücünü özünü ana müxalifət kimi təqdim etməyə səfərbər edib. Burada isə başlıca məqsəd 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərində mandat əldə etməkdir. Kərimlinin son vaxtlar siyasi fəallığını artırması və etiraz aksiyaları keçirməsi də buna hesablanıb. Lakin cəmiyyətin Kərimlinin mitinqlərinə dəstək verməməsi onu xaricdəki havadarlarının maddi köməyindən məhrum edib.
Etibarlı mənbənin "Olaylar"a verdiyi xəbərə görə, buna görə də Əli Kərimli parlament seçkiləri ilə bağlı hakimiyyətlə bazarlığa can atıb. Məlumata görə, Kərimlinin hakimiyyətlə mandat alveri ilə bağlı danışıqlarında müəyyən razılıq də əldə edilib. Hətta Kərimlinin hakimiyyətlə müzakirələrində onun qaynı Elnur Seyidovun tezliklə azadlığa buraxılması barədə də razılıq əldə edilib.
Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Siyavuş Novruzov mətbuata verdiyi müsahibəsində Əli Kərimlinin bir zamanlar deputat mandatı üçün hakimiyyətlə razılığa gəlməsi barədə faktları açmışdı./milli
7News.Az








