RU
Elnrə Abdullayeva bu sözü ilə təəccübləndirdi:
16:50
604

Elnrə Abdullayeva bu sözü ilə təəccübləndirdi: "Padlo" deyil ki"

Tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva ötən gün qonağı olduğu "5-də 5" verilişində maraqlı fikirləriylə yadda qalıb.

Xanəndə verilişin aparıcısı Zaur Kamalın aktyor qonaqlar Məcid Hüseynov və Rəsul Abbasova qadın geyimi geyinməyi təklif etməsinə "kişisayağı" reaksiya verib:

"Aktyor hər rola girməlidir. "Padlo" deyil ki". 
Əməkdar artistin bu ifadəsi sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Xanəndə əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirdi:
"Əgər bu sənəti seçmisənsə, əsl aktyorsansa, hər rola girməyi bacarmalısan. Burda nə var ki? Aktyora nə qəbahət ola bilər ki? Hərdən olur da, sözü tapmayanda rusca qarşılığını işlədirəm. O problem deyil. (gülür) Amma sənətkarsansa, o işə aid olan nə varsa, sənindir. Hər rolu bacarmaq yaxşı şeydir".

Xanəndə sənəti barədə də danışıb:
"Sənətimdə də yeniliklər var. Amma o yeniliklərin əlli faizini həyata keçirəndən sonra açıqlama verə bilərəm. Hələ ki çalışıram". /ölkə


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ