Tanınmış reper Elşad Xose Murad Arifin "Popumuz var" verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, reper həyatının çətin dönəmləri haqqında danışıb: 

Pulun çoxluğu adamı çaşdırır. İmkanlı ailələrdə bu problem daha çox olur. Mənim yerimdə ən ağıllı insan olsa, bilməz, nə desin. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Narkotik dozasını aşaraq komaya düşdüm. 2 gün komada qalmışam.

Hər şey özündən asılıdır. Mən bundan iyrəndim və dayandım. Müəyyən məqamlarda adam dayana bilmir. Onun yerini tutan bir şey lazımdır. Nəsə səni məşğul etməlidir".