RU
Elza 6 ildən sonra dünyaya gələn nəvəsinə görün kimin adını verdi - FOTO
17:50
682

Elza 6 ildən sonra dünyaya gələn nəvəsinə görün kimin adını verdi - FOTO

Əməkdar artist Elza Seyidcahan "Şou ATV"də oğlu Əkbərin 6 ildən sonra dünyaya gələn övladından danışıb.

7News.Az xəbər verir ki, xanım sənətçi nəvəsinə Akif adı verdiyini bildirib. Əməkdar artist bunun qudası (Əkbərin qayınatası) ismi olduğunu deyib:

"Kişiyə yaraşan addır. Mənim qudam var, babası Akif müəllim var, onun adını qoydum. Bir xanım var dünən mənə dedi "A, qudanın adını qoydun? Mənim qudam yoldaşımın adını nəvəsinə qoymadı". Mənim qudamın oğlu olmadı, 3 qızı var. O qədər gözəl atadır, o qədər gözəl babadır ki, Allah ona baba olmağı nəsib etdi. İlk nəvəsidir. Dedim "Xahiş edirəm, mən istəyirəm uşağın adı Akif olsun". Elə də oldu".

 

Qeyd edək ki, E.Seyidcahanın oğlu Əkbər 2014-cü ilin aprelində Xəyalə adlı xanımla ailə qurub. Onların övladı olmurdu.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ