Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mediaya ünvanladığı məktub gündəmi çalxalayan mövzu olmaqda davam edir.
Xalq artisti İlhamə Quliyeva köməkçisi ilə bağlı növbəti faktı açıqlayıb. Müğənni apa.az saytına müsahibəsində deyib ki, köməkçisi ilə Elza Seyidcahan öncədən tanış olublar, hətta onların arasında qızılla bağlı mübahisə də yaşanıb: "Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edib, Mehriban da o evə gedib-gəlib. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban." Primetime.az saytına verdiyi müsahibısində əməkdar artist Elza Seyidcahan, haqqında səslənən bu sözlərə qarşı biganə qalmadı. "Qocalar keçmiş xatirələrlə yaşayır. Allah bir insana cəza verəndə birinci onun ağlını başından alır. Qızıl oğurluğundan onun kimi müğənniləri şantaj edən insan danışa bilər. Camaatın üzərinə şər atmasın. İlhamə Quliyevanın hansı sözü indiyə qədər doğru olub ki, bunlar da həqiqət ola? Bu insan başdan ayağa şərlə yoğrulub. O, yaşadığı həyatın baş qəhrəmanı kimi məni görür. İlhamə, sən mənə milyon da versən əsərinin baş qəhrəmanı olmaram! Hər kəs ağı qaradan seçməyi bacarır. Yaşlı nəslin nümayəndələri keçmişi çox gözəl xatırlayır. O, insanların üzərinə palçıq atmaqla həm Allah qarşısında işini ağırlaşdırır, həm də özünü insanların gözündən salır. Allah özü hər şeyi yoluna qoyacaq. Şər ayaq tutar, yeriməz. Elza bu qalmaqal başlayan vaxtdan bəri yaman ilhamlandığını deyir: Hər ittihama yazdığım əsərlərlə cavab verirəm. Mən yazıram, sözün yiyəsi öz üzərinə götürür. Bu gün növbəti "Siçan-pişik oyunu " adlandırdığım şeirimi yazdım : "Şir dönüb olub siçan Pişiklər onu tak tarak tak tak tarak Atıblar ora Atıblar bura Şir siçan olanda qızıldan sərsəmləyir Sarsaqlayır Sayıqlayır..." Şeirlə kifayətlənməyən müğənni hətta həbsxanada olan Mehribanın müdafiəsi üçün məhkəmədə şahidlik etməyə də hazırlaşır: "Mehriban xanımı şəxsən tanımasamda, məhkəmədə onun xeyrinə şahidlik edəcəyəm. Şərə düşən insanların yanındayam. Heç zaman məhkəmədə olmamışam, amma günahsız Azərbaycan xanımını müdafiə etmək üçün tək mən yox , bütün qadınlar orada olmalıdır. İnsanları şərə qarşı birləşməyə çağırıram!" /PrimeTime








