Əməkdar artist: "Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər"
"Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər"
7news.Az xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova azxeber.com-a müsahibəsi zamanı söyləyib.
Aktrisa filmlərimizdəki sevişmə səhnələrinin azlığından danışıb:
"Filmlərimizdə sevişmə səhnələri azdır. Bilirsiniz niyə? Çünki, seriallarımızda, Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər. Mentalitetdən çəkinirlər. Biz mentalitetdən danışırıq, amma xarici seriallara baxan bizim kişilərin yadına mentalitet düşmür. Amma biz onu eləsək, lap elə ürəkdən qucaqlaşsaq da mentalitetə yaraşmayan bir şey olur".