"30 ildən çoxdur ki, səhnədəyəm və el şənliklərinə gedirəm. Bizim yeganə gəlir mənbəyimiz toylardır. Heç bir biznesim yoxdur. Yığdıqlarımı da iki aya xərclədim”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəzər” telekanalında yayımlanan "5/5” axşam şousunda qonaq olarkən deyib.
Müğənninin pulsuzluqdan şikayətləndiyini görən verilişin aparıcısı Zaur Kamal "Zəng edin qızınız Ülkərin həyat yoldaşı, iş adamı Enginə və ondan 5 000 dollar pul istəyin” kimi təklif irəli sürüb.
Zaurun təkidi ilə bu təklifə "Hə” deyən Əməkdar artist canlı efirdə kürəkəninə zəng edib.
Enginlə salamlaşdıqdan sonra M.İskəndərli utanaraq, Zaurun təklifini dilə gətirə bilməyib. Telefonun dəstəyini əlinə alan aparıcı "Mətanət xanım bir avtomobil bəyənib, lakin onu almaq üçün 5 000 dollar pulu çatmır. Ona həmin məbləği verə bilərsiniz?” sualı ilə Enginə müraciət edib.
Sənətçinin kürəkəni həmin pulu qayınanasına verə biləcəyini bildirib.