"Tikdirdiyim ev hələ də hazır deyil”.
7News.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva Xəzər TV-də yayımlanan "5/5” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi karantində ata yurdu Şamaxı şəhərinə baş çəkdiyini bildirib:
"Neçə vaxt idi ki, efirlərdə yox idim. Koronavirus yayılandan evdən küçəyə çıxmırdım. Ayın 27-dən karantinlə bağlı qaydalar yumşaldılandan sonra verilişlərə getməyə başladım. Bu isə mənim ikinci qatıldığım efirdir. Karantinə hamıdan yaxşı mən əməl etdim. Karantində Şamaxıya da gedib gəldim.
Evdə oturmağı daha çox sevirəm. Bu günlərin necə gəlib-keçdiyini heç bilmədim. Çünki karantindən öncə də ya verilişlərə gedirdim, ya da evdə olurdum. Təbii ki, el şənlikləri istisnadır”.
Qeyd edək ki, bir müddət öncə Əməkdar artist Elnarə Abdullayevanın özünə altımərtəbəli villa tikdirməsi ilə bağlı xəbərlər yayılmışdı. Bu iddialara isə müğənni Oxu.Az-a özəl açıqlamasında belə münasibət bildirmişdi:
"Deyirlər ki, Elnarə altımərtəbəli villa tikdirir. Bu, həqiqəti əks etdirmir. Mən ev tikdirirəm, amma altımərtəbəli deyil. Alın tərimlə, zəhmətimlə ev tikdirirəm. Kiminsə cibinə girmirəm ki? Dövlətimə, millətimə yaxşı xidmət edirəm”.
7News.Az








