RU
Əməkdar artist qızılla bəzədilmiş divanını göstərdi: “Bəhram dedi ki, evin “Ermitaj” muzeyidir” - VİDEO
16:20
517

Əməkdar artist qızılla bəzədilmiş divanını göstərdi: “Bəhram dedi ki, evin “Ermitaj” muzeyidir” - VİDEO

"Skripkaçı oğlum Əkbərin özünə qarşı kompleksi var. Kənar sözlər ona çox tez təsir edir. El arasında bir misal var: "Dahinin balası dahi olmur”. Hər şeyi Əkbərin öz seçiminə buraxmışam. Qızım Gülşən də kameralardan qaçır. Efirdə görünməyi sevmir”.

7News.Az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan "Xəzər TV”də yayımlanan "Evdəkilərə salam” musiqili-əyləncəli proqramda qonaq olduğu zaman hazırda küsülü olduğu oğlu Əkbərdən bəhs edərkən deyib.

Sənətçinin evində çəkiliş aparan verilişin yaradıcı heyəti onun 24 əyarlıq qızılla bəzədilmiş divanını lentə aldığı zaman E.Seyidcahan yumşaq mebellin tarixçəsi haqda danışıb:

"Mebel mağazasının reklamına çəkilirdim. Orada bir mebelə gözüm sataşdı. Özümə söylədim ki, kaş evimdə belə bir divan olardı. Bu divanın bənövşəyi rəngi var idi. Amma onu almışdılar, yalnız qəhvəyi rəngi qalmışdı. Mebel mağazasının sahibinə dedim ki, mən bu mebeli çox istəyirəm. O da cavab olaraq söylədi ki, siz dövlət sənətçisisiniz, ürəyiniz hansı mebeli istəyirsə, götürün, aparın, sizə hədiyyə edirəm.

Bu divan bir evin qiymətinədir. Mebeli evə gətirəndə dedim ki, hara getsəm, bu divanı özümlə aparacağam. Xalis əl işidir. Buna baxanda incəsənət, yaradıcılıq işi görürəm.

Əməkdar artist Bəhram Bağırzadə ilə "Instragram”da söhbət edən zaman mənə söylədi ki, Elza, evin "Ermitaj” müzeyidir (gülür)”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ