RU
Əməkdar artistdən etiraf: “Azərbaycanlılar məni tanımayıblar” - VİDEO
16:40
316

Əməkdar artistdən etiraf: “Azərbaycanlılar məni tanımayıblar” - VİDEO

Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni açıqlamaları ilə diqqət çəkib.

7News.Az xəbər verir ki, "ATV” telekanalında yayımlanan "7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

Suallardan ehtiyat edən R.Allahverdiyeva zərfdən çıxan "Əlindən tutmuşam...” sözlərini duet ortağı, Xalq artisti Səməd Səmədova ünvanlayaraq, fikrini belə dilə gətirib:

"Çadır toylarına getmişəm. Sonra isə yəhudilərin el şənliklərində iştirak etmişəm. Azərbaycanlılar məni elə də tanımayıblar. İllər sonra televiziyaya və toylara Səməd Səmədovla getmişəm. Demək olmaz ki, Səməd əlimdən tutub. Mən də onun əlindən tutmuşam. Sənətdə bir-birimizə dəstək olmuşuq. Özüm çox insanın əlindən tutub səhnəyə gətirmişəm, amma səsləri özlərinindir. Həmin şəxsin özünün istedadı və qabiliyyəti olub ki, irəli gedib”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ