RU
Eminin bu teleaparıcı ilə səmimi görüntüləri YAYILDI - VİDEO
16:40
451

Eminin bu teleaparıcı ilə səmimi görüntüləri YAYILDI - VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarovdan xəbər var.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, ötən günlərdə ad günü olan Emini vaxtilə sevgilisi olduğu deyilən teleaparıcı Yuliya Baranovskaya təbrik edib.

Belə ki, teleaparıcının paylaşdığı videoda Emin onu səmimi qucaqlayaraq üzündən öpür.

Təbrikin rəy bölməsinə isə Baranovskaya bu sözləri yazıb:

"Ad günün mübarək, Emin. Sənin gününü təbrik edirəm, dostum. Sənə nə dərəcədə hörmət və heyranlıq bəslədiyimi bilirsən. Sən ildən-ilə böyüyür, inkişaf edirsən. Etdiyin hər şeyin maksimum və daha artıq səviyyədə olması səninçün daim önəmlidir. Sənin gününün neçə saatdan ibarət olduğunu bilmirəm, lakin sən heyrətamiz şəkildə hər şeyi çatdırırsan. Sən uşaqlarına çoxlu sevgi, diqqət və qayğı göstərən gözəl bir atasan. İstedadlı sənətkar, iş adamı və mükəmməl bir dostsan. Çox-çox xoşbəxt ol və qoy sənin o xeyirxah təbəssümün daim üzündə parlasın".

Qeyd edək ki, bir müddət öncə Rusiya mətbuatında Emin Ağalarovun teleaparıcı Yuliya Baranovskaya ilə sevgili olduqları brədə məlumat yayılmışdı. Cütlüyün artıq ailə həyatı qurmağa hazırlaşdığı, Baranovskayanın isə hətta gəlinlik seçməyə başladığı bildirilirdi.

Yuliyanın paylaşdığı videonu təqdim edirik:

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ