Rusiya tərəfi ilə səbirli şəkildə işləməyə davam edəcəyik.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin İrəvanın Moskva tərəfindən qaz sazişi ilə bağlı göndərilən məktuba dair sualına cavab verərkən deyib.
"Bizim strategiyamız dəyişmir. Rusiya tərəfi ilə sakit, gərginlik yaratmadan və səbirli şəkildə işləməyə davam edəcəyik və bütün problemləri həll edəcəyik”, - o vurğulayıb.
Qeyd edək ki, Rusiya Ermənistanı Aİ-yə üzvlük prosesi davam edəcəyi təqdirdə, yanacaq sazişlərini dayandırmaqla hədələyib.








