Müğənni Əmrah Bodrumdakı bağ evini suriyalı mühacirlərə verdikdən sonra daha bir yaxşılıq edib.
O, mahnılarını səs yarışmalarında icazəsiz istifadə edən TV8 telekanalına məhkəmə açaraq onlardan cərimə ödəmələrini tələb etmişdi.
Sənətçi Acun İlicalının rəhbər olduğu şirkətin nümayəndələri ilə görüşərək razılaşma əldə edib. Əmrah "Cərimə pulunu mənə ödəməyin. həmyerlim olan Mutlu Kayanın hesabına yatırın. Çekləri də mənə göndərin" deyib
Qeyd edək ki, M.Kaya səs yarışmasından iştirak etdiyi üçün sevgilisi tərəfindən başından güllə ilə vurulmuşdu. Hazırda müalicə alan gənc qızın ortaya çıxmasında müğənni Sibel Canın rolu olub. /axsam
7news.az








