İspaniyalı müğənni Enrike İqlesias sosial şəbəkədə dörd ay öncə dünyaya gələn qızının ilk videosunu paylaşıb.
REN.TV məlumat verir ki, görüntülərdə E.İqlesiasın Maşa adlandırdığı qızını dizinin üstünə alaraq musiqi sədaları altında rəqs etdirdiyi əks olunub.
Qeyd edək ki, E.İqlesiasın rusiyalı tennisçi Anna Kurnikovadan Nikolas və Lüsi adlı üç yaşlı əkiz övladı da var. Cütlük 2001-ci ildən birlikdə yaşayır.
7News.Az








