7News.az xəbər verir ki, əxlaqsız milyarder Ceffri Epşteynə olan bənzərliyi ilə diqqət çəkən və "Palm Beach Pete" kimi tanınan şəxs, Epşteynin hələ də sağ olması barədə şayiələrin mərkəzində qaldı. Pitin şəxsiyyətini sübut etmək və Epşteyn olmadığını təsdiqləmək məqsədilə İsraildə DNT testindən keçdiyini göstərən görüntülər ortaya çıxıb. Lakin testin nəticələri ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur.








