RU
Ər-Riyad hava limanına hücum: Səudiyyə Ərəbistanının pilotu həlak oldu
17:10
37

Ər-Riyad hava limanına hücum: Səudiyyə Ərəbistanının pilotu həlak oldu

Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına raket hücumu olub. Hücum nəticəsində Səudiyyə Ərəbistanının "Saudia" dövlət aviaşirkətinin pilotu həlak olub.

7News.Az-ın "Al-Ekhbariya" telekanalına istinadən xəbərinə görə, bu barədə aviaşirkətdən məlumat verilib.

"Kral Xalid adına beynəlxalq hava limanında baş verən insident əməkdaşlarımızdan birinin ölümü ilə nəticələnib. Həlak olan kapitan Hamud əl-Kaltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda bildirilib.

Aviaşirkət təsdiqləyib ki, oktyabrın 8-də baş verən hücum zamanı dayanacaqda olan təyyarələrdən biri zədələnib. Zərbə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb. Aviaşirkətin məlumatına görə, hava limanındakı əməliyyat fəaliyyəti oktyabrın 8-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00 - red.) bərpa edilib.

Qeyd edilir ki, təyyarəyə ciddi ziyan dəyib və terminalın yaxınlığındakı dayanacaqda mərmi və ya qəlpələr dəydikdən sonra alovlanıb. Yəmənin "Ənsar Allah" (Husilər) üsyançı hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Ər-Riyad hava limanına iki dəfə raket zərbəsi endirildiyini iddia edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ